Sabah Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində T.Xidaşelinin Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Qeyd edək ki, Gürcüstanın müdafiə nazirinin səfəri dekabrın 3-dək davam edəcək.