https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

“Bakı Şəhər Halqası” təmir işləri ilə bağlı açıqlama yayıb

“Bakı Şəhər Halqası” təmir işləri ilə bağlı açıqlama yayıb

Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) şirkəti gələn ilin iyununda keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Şirkətdən AzərTAc-a bildiriblər ki, dekabrın 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb.

Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır.

Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün - dekabr ayının 2-də bir gün müddətinə bağlı qalacaq.

“Formula-1” standartına cavab verən yenilənmiş yollar Qran-pridən sonra paytaxt sürücülərinin istifadəsində olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.