Bu gün Türkiyənin məşhur teleaparıcısı, “Kanal D” telekanalının xəbər proqramının rəhbəri Mehmet Ali Birand vəfat edib.
525.az-ın "Hürriyet"-e istinadən verdiyi məlumata görə, 72 yaşlı jurnalist dünən öd kisəsindəki stendin dəyişdirilməsi üçün edilən əməliyyat zamanı ürəyi dayanmış, amma həkimlərin səyləri nəticəsində həyatda qala bilmişdi. Reanimasiyada olan Birand bu gün vəfat edib.