İsveçin ev sahibliyi edəcəyi “Eurovision-2013” Mahnı Müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Püşkatmadan öncə müsabiqənin şərtlərinə uyğun olaraq ötən il müsabiqənin keçirildiyi şəhərin meri olaraq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müsabiqənin rəmzi açarını Malmö şəhərinin merinə təhvil verib. Püşkatma mərasimində mayın 14-də və 16-da keçiriləcək yarımfinal mərhələlərində çıxış edəcək 39 ölkənin çıxış ardıcıllığı məlum olub.
Mayın 14-də keçiriləcək I yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı: birinci hissə:
Danimarka Xorvatiya Ukrayna Niderland Avstriya Sloveniya Estoniya Rusiya
ikinci hissə:
Latviya Serbiya İrlandiya Belarus Kipr Monteneqro Belçika Moldova
Mayın 16-da keçiriləcək II yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belədir: birinci hissə:
Latviya Azərbaycan Malta İslandiya San-Marino Makedoniya Finlandiya Bolqarıstan
ikinci hissə:
İsrail Norveç Albaniya Macarıstan İsveçrə Gürcüstan Yunanıstan Ermənistan Rumıniya.
Mayın 18-də müsabiqənin final gecəsində çıxış edəcək böyük beşliyi və qalib ölkənin isə səsverməsi bu cür olacaq: Böyük Britaniya, İsveç, İtaliya birinci yarımfinalda, Fransa, Almaniya, İspaniya ikinci yarımfinalda səs verə bilər. Finala keçən ölkələrin finalda çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatma mərasimində məlum olacaq.