Türkiyənin məşhur xəbər jurnalisti Mehmət Əli Birand vəfat edib.
Xəbər onun əməliyyat olunduğu xəstəxanadan verilib.
525.az-ın verdiyi məlumata görə, Türkiyə mediası günün birinci yarısında Mehmet Ali Birandın beyin ölümünün gerçəkləşdiyi barədə məlumat yaysa da. jurnalistin oğlu Umur Birand atasının “Twitter” sosial şəbəkəsindəki səhifəsində bunu təkzib etmişdi.
Qeyd edək ki, jurnalist daha əvvəl cərrahiyyə əməliyyatı olunaraq öd kisəsinə stend taxılmışdı. Son cərrahiyyə əməliyyatı stendin dəyişdirilməsi məqsədilə aparılıb.