Ötən gün Bakıda güllələnən əsgər 18 yaşlı Sübhan Mahmudlunun vəziyyəti stabildir.
Bu barədə əsgərin müalicə aldığı 3 saylı Sabunçu Xəstəxanasından ANS PRESS-ə bildirilib. Əsgər dünən əməliyyat olunub və bədənindəki güllə çıxarılıb.
“Onun əməliyyat olunması üçün qan çıtışmırdı. Sonradan KİV-də və sosial şəbəkələrdə yayılmış xəbərlər. Xəbərlərdən sonra xəstəxanaya qan vermək üçün çoxl insanalr gəlmişdi. Əsgərə qan verildi və onun həyatı xilas olundu. Buna göə, hər kəsə minnətdarıq”, - deyə Sübhan Mahmudluya xidmət edən ttibb bacısı bildirib.
Xatırladaq ki, dünən Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnmişdi. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilmişdi. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir