Moskvada qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın cənazəsini aparan təyyarənin Tbilisiyə enməsinə imkan verilməyib.
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Moskvanın “Vnukovo” aeroportundan havaya qalxan təyyarə Ukraynanın Donetsk şəhərində eniş edib.
Donetskdə müvafiq yoxlamalardan sonra təyyarəyə yanacaq vurulub. Amma havaya qalxa bilməyib. Gürcüstan tərəfi göyərtəsində 31 nəfərin olduğu təyyarənin qəbul etməyib. Məlumata görə, təyyarə böyük ehtimalla Moskvaya qayıdacaq və avtoritet Rusiya paytaxtında dəfn ediləcək