Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Agdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şuraabad; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında; Goranboy rayonuınun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.