Bu gecə saat 01:19 radələrində Bakı şəhərinin Binəqədi rayonunda dəm qazından orta məktəb şagirdi boğularaq ölüb.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 98, ev 193-də yaşayan 1998-ci il təvəllüdlü Əlirəhman Qurbanlının meyiti yaşadığı evin hamamında tapılıb. Onun meyitini gecə saatlarında anası aşkarlayıb.
Araşdırmalar zamanı onun dəm qazından boğulduğu məlum olub. Əlirəhman Qurbanlı orta məktəbin 9-cu sinif şagirdidir.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün paytaxtda 15 nəfər dəm qazından zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti nisbətən ağır olduğu üçün xəstəxanaya çatdırılıb. Bir nəfər də dünyasını dəyişib.