ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində fəaliyyəti aktivləşdirməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" səhifəsində yazıb.
"Biz 2016-cı ildə sülh yolu ilə nizamlanma istiqamətində işləri aktivləşdirməliyik. Tərəflər hazır olduqlarını bəyan edirlər. Əgər indi deyilsə, bəs haçan?", - deyə həmsədr yazıb.