Ermənistan İrəvandakı “Göy məscid”in YUNESKO-nun mədəni İrsi siyahısına düşməsi üçün lazımı addımlar atacaq.
ANS PRESS-in erməni saytına istinadən verdiyi məlumata görə, bu haqda Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan açıqlama verib.
Erməni nazir deyib ki, hələ 2012-ci ildə İranda səfərdə olarkən orada erməni tarixi və mədəni abidələrinin necə mühafizə olunduğunu görüb: “İranda olan bir çox erməni abidələri YUNESKO-nun mədəni irsinə daxil edilib. Ermənistan da analoji addım atmalıdır”.
Qeyd edək ki, İrana məxsus İrəvandakı “Göy Məscid” müsəlmanların paytaxtdakı yeganə ibadət evidir. Onu 1776-cı ildə İrəvan xanlığının xanı Hüseynqulu xan Qacar tikdirib