Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təbii fəlakətlərlə əlaqədar xüsusi qurum yaradılacaq.
APA-nın xəbərinə görə, bunu AMEA prezidenti Mahmud Kərimov bildirib.
Onun sözlərinə görə, AMEA-da təbii fəlakətlərə dair Bölmənin yaradılması məqsədəuyğun olmasa da, ayrıca struktur vahidi, şöbə və ya mərkəz yaradıla bilər: “Azərbaycanda son illər təbii fəlakətlər artıb. Sellər, zəlzələlər, dolu kimi təbii fəlakətlər tez-tez baş verir. Bu fəlakətlərin proqnozlaşdırılması, tədqiq olunması çox vacibdir. Ayrı-ayrı qurumlarda bu problemlər öyrənilir. Amma təbii fəlakətləri kompleks şəkildə öyrənmək lazımdır”.
M. Kərimov deyib ki, yeni yaradılacaq qurum təbii fəlakətlərə dair vaxtaşırı ölkə başçısına məlumatlar təqdim edəcək.