Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olub.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Ölkələr arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd olunub, Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib.