|
|
|
|
Hazırda Abşeron yarımadasında qatı duman müşahidə olunur.
ANS PRESS-in "Day.az"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Aviasiya Metereologiya Mərkəzinin rəisi Nazim Hüseynov bildirib. Onun sözlərinə görə, duman Bakıya Xəzər dənizi tərəfdən yaxınlaşır: "Avtomobil yollarında görünüş həddi 200-500 metrdir. Aeroportda görüntü məsafəsi 1500 metr təşkil edir. Gecə isə bu məsafə 200-500 metrə qədər azalacaq”.
Qeyd edək ki, Sumqayıt şəhərinə də qatı duman çöküb. Dumanın gücündən artıq bəzi yerlərdə 30 metr məsafəni görmək mümkün deyil. Dənizdən qalxan qatı duman getdikcə Bakıya doğru hərəkət edir