Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin Bakının “Fəvvarələr meydanı”nda “Əsgər ölümünə son!” şüarı altında keçirdiyi aksiya zamanı saxlanılan şəxslərdən bir neçə nəfərin aspellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Turqut Qəmbər, Məmməd Əlisoy və Türkel Azərtük və digər bir neçə nəfərin barələrində olan məhkəmə qərarından verdikləri apellyasiya şikayətlərini təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, həmin aksiya zamanı saxlanılan şəxslər məhkəmənin qərarı ilə 300- 600 manat cərimə olunublar.