https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

"Muhteşem yüzyıl"ın biabırçı yalanlarının siyahısı

"Muhteşem yüzyıl"ın biabırçı yalanlarının siyahısı

Osmanlı Türkiyəsinin ən parlaq dönəminin əks olunduğu həmin dövrdə taxtda olmuş Sultan Qanuni Süleymanın arvadbaz, gününü hərəmxanada keçirən, saray intriqalarına əsir düşən, ən başlıcası isə hərəmi Hürrəm Sultanın "dabanaltısı"na çevrilmiş adam kimi qələmə verilməsi yanlışlıq yox, yalandır.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, seriyalardan birində Parqalı İbrahim paşanın dəfn mərasimi də yalandır.

Tanınmış tarixçi Aykut Canın dediyinə görə, İbrahim Paşanın gündüz dəfn edilməsi mümkün deyildi. Otağında yatarkən sultanın əmri ilə boğularaq qətlə yetirilən İbrahim Paşanın cəsədi gecə ilə saraydan çıxarılmış, qayığa qoyulmuş və şəhər kənarına aparılaraq basdırılmışdı.

Mərmərə Universitetinin professoru Erhan Afyonçu isə bildirir ki, "Muhteşem yüzyıl"dakı yalanlar və xətaları saymaqla bitməz.

Tanınmış türk tarixçiləri, professorlar Hülya Tezcan, Hakkı Önkal və Günsel Renda da bu fikirdədirlər.

Onlar "Muhteşem yüzyıl" serialındakı yalanları belə sıralayıblar:

1. Serialda Sultan Süleymanın Manisa sarayındakı şahzadə Mehmetin yanına yollandığı səhnələrdə sarayın döşəmələrində parket var. Osmanlı dönəmində parket ola bilərdimi?

2. Sultan Süleymanın Parqalı İbrahim paşa ilə birlikdə xəritəyə baxdıqları səhnədə paşa başıaçıq durub. Halbuki sultanın məqamında yalnız nökər, hətəm və ya qullar başıaçıq olurdular.

3. Sultan Süleyman bir neçə seriyada əynində qəhvəyi rəngdə kaftanla peyda olur. Halbuki Osmanlı sultanları əsla və qətiyyən qəhvəyi rəngdə paltar geyməzlilər.

4. Əksər seriyalarda pəncərələrdə qotazlı, asmalı pərdələr var. Belə pərdələr 18-ci əsrdə peyda olub.

5. Serialda Sultan Süleyman və hərəmləri çox vaxt masa arxasına oturaraq yemək yeyirlər. Halbuki o dönəmdə sultan yerdə oturub çörək yeyərdi və hamı da belə edirdi.

6. Serialdakı çörək soba çörəyidir. Halbuki Sultan Süleymanın vaxtında türklər təndir çörəyi yeyirdilər. Soba çörəyi Türkiyədə 19-cu əsrdə bişirilməyə başlanıb.

7. Topqapı sarayındakı adamların geyimləri dönəmə əsla uyğun deyil. Sultan və onun hərəmi kemha, kadife, çatma kadife, seraser kimi ağır, sıx ipək və qumaşlardan paltarlar geyiblər.

8. Sultan Süleyman serialda çox nadir hallarda taxtda oturur. Halbuki adi günlərdə gerçək Sultan Süleyman mindərdə, mərasimlərdə isə taxtda oturardı.

9. Serialda üç qollu şamdanlar əskik olmur. Halbuki 16-cı əsrdə belə şamdanlar yoxdu: onlar 18-ci əsrdə peyda olublar.

10. Sultan Süleyman serialda çəngəldən istifadə edir. Bu isə absurddur.

11. Sultan Süleyman vaxtında plov və ət eyni qabda süfrəyə qoyulmazdı. Serialda isə belədir.

12. Serialda Sultan Süleymanın süfrəsində yeməklər çeşid-çeşiddir. Halbuki o vaxtlar yeməklər süfrəyə tək-tək verilərdi. Bir yemək yeyilər, bitər və başqası gətirilərdi.

Səhvləri saymaqla bitməz...

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.