Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.
"APA-Economics"in məlumatına görə, "Reuters" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.