Lənkəran rayonunda yetkinlik yaşına çatmayan şəxs dəhşətli cinayət törədib.
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Seyidəkəran kəndində 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu əmisi oğlu, 1982-ci il təvəllüdlü Əliyev Mehdi Bağır oğlunu baltalayıb. 16 yaşı tamam olmamış M.Əliyev balta ilə qohumuna ağır xəsarətlər yetirib. Zərbələrdən ən ağırı 31 yaşlı M.Əliyevin başına tuş gəlib. O ağır vəziyyətdə, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisəni törətmiş yeniyetmə polis tərəfindən yaxalanıb. Onun yaxın qohumunu konkret hansı səbəbdən baltaladığı bəlli olmasa da, hadisənin şəxsi münasibətlər zəmində törədildiyi bildirilir.