Prezident İlham Əliyev Əli Əhmədova “Şöhrət” ordeni verilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əli Cavad oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibidir.