“Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil”.
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta deyib.
O bildirib ki, Azərbaycandan Türkiyəyə gedən turist sayı orta statistik rəqəmlə ildə 650 mindir:
“Bu rəqəm 2015-ci ildə 602 min olub. Orta hesabla 8 faiz azalma var. Türkiyədən Azərbaycana isə 2015-ci ildə 344 min turist gəlib. Bu, bizim istədiyimiz rəqəm deyil. Bu rəqəmin artırılmasının yollarının axtarmalıyıq.
İki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı təbliğatın aparılmasına ehtiyac var”.