“Balıq və digər su bioresursları ovunun Qaydası”nın layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir.
APA-nın xəbərinə görə, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin illik hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə təqdim olunub:
“Yaşıllıqların müfəssəl siyahısını, təyinatını və onlardan istifadə Qaydası”nın (rejiminin) layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir”.
Hesabatda qeyd olunub ki, ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.