Fevralın 6-da Rusiyanın Orenburq vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, təyyarənin qalıqları Orsk şəhərindən 2030 km aralıda, Savelevski qəsəbəsinin yaxınlığında aşkarlanıb.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Məlumata görə, təyyarənin göyərtəsində “Transneft” şirkətinin mühəndisi və 2 pilot olub.