Yaxın vaxtlarda Azərbaycan ilə Rusiyanın kurort şəhəri olan Soçi arasında birbaşa təyyarə reysləri istifadəyə verilə bilər.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın cənubundakı hava limanlarının operatoru olan “Basel Aero”dan məlumat verilib.
Məlumata görə, hazırda Azərbaycan, Qazaxıstan və Gürcüstan aviaşirkətləri ilə 2016-cı ilin yay cədvəlində reyslərin açılması barədə danışıqlar gedir.