Fevralın 9-da Bakı Xoreoqrafiya Akademiyasında “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb.
Rektor, eyni zamanda, konfransın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.