https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

AFFA-dan klublara və futbolçulara cəza

AFFA-dan klublara və futbolçulara cəza

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK   Topaz Premyer Liqasının 20-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Topaz Premyer Liqasının XX turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 3 futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun futbolçusu Həmid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 2-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XX turunun “Sumqayıt” – “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt” klubunun  futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XX turunun “Kəpəz” – AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.