|
|
|
|
Yaxın vaxtlarda ərəb ölkələri Suriyaya 150 min əsgər göndərməyə hazırlaşır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yerüstü əməliyyatlarda Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Mərakeş və Bəhreyn iştirak edəcək. Sonradan onlara Malayziya, İndoneziya və Bruneydən əlavə qüvvələr qoşula bilər.
Bəzi məlumatlara görə, ordu Suriyaya şimaldan, Türkiyə ərazisindən girəcək.
Səudiyyə Ərəbistanının "İŞİD"lə mübarizə məqsədi ilə Suriyaya xüsusi təyinatlı dəstələr göndərmək təşəbbüsünü artıq ABŞ da dəstəkləyib. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Əbdül əl-Cubeyr məlumat verib.
Bununla yanaşı, Kanadanın Suriya Ərəb Respublikasında hərbi əməliyyatda birbaşa iştirakdan imtina edəcəyi bildirilir.
Baş nazir Castin Trüdo iki həftədən sonra bombardmanların dayandırılacağını deyib.
Eyni zamanda, rəsmi Ottava hərbi müşavirlərin sayını çoxaltmaqla "İŞİD" qruplaşması ilə mübarizəyə töhfəsini artırmaq niyyətindədir.