İspaniya Türkiyənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün NATO missiyasının bir hissəsi kimi fəaliyyət göstərən "Patriot" Hava Hücumundan Müdafiə Sisteminin Türkiyədə qalma vaxtını uzatmağa hazır olduğunu təsdiqləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq fevralın 10-11-nə təyin olunan alyansa daxil ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
Stoltenberq həmçinin bu missiya çərçivəsində NATO-nun Türkiyəyə hava patrulu üçün əlavə imkanlar qazandırdığını əlavə edib.
Qeyd edək ki, NATO-nun Türkiyədə HHM missiyası "Patriot" raket batareyasından ibarətdir və layihə 2012-ci ildən başlanıb.