"Barselona"nın futbolçusu Lionel Messi böyrəyində daş olduğu üçün əməliyyat edilib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir saat davam edən əməliyyat uğurlu keçib. Argentinalı hücumçu artıq evə buraxılıb.
Qeyd edək ki, Messinin sabah məşqlərə başlayacağı gözlənilir.