Binəqədi rayonunda 5 fərdi yaşayış evi yanıb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 5 fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə FHN-in aidiyyəti qurumlarının qüvvələri cəlb olunub.
Yanğın söndürülüb.