Türkiyədə fəaliyyət göstərən “Yeni şəfəq” və “Yeni akit” qəzetlərinin İstanbuldakı ofislərinə silahlı hücum olub.
Rəsmi KİV-lərin məlumatına görə, hücumlar eyni vaxtda baş verib. Əvvəlcə üzü maskalı şəxslər tərəfindən binalara “Molotov kokteyli” atılıb. Sonra redaksiyaları atəşə tutublar.
Baş vermiş yanğınlar söndürülüb. Hücum edən şəxslər hadisə yerlərindən qaçıblar.
AzərTAc