“Bakı Metropoliteni”nin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq “Neftçilər” metro stansiyasında keçidlərin təmir işləri aparılır.
Bu barədə “Bakı Metropliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a deyib.
Onun sözlərinə görə ilk olaraq “Neftçilər” metro stansiyasının ikinci vestibül istiqamətindəki keçidlər təmir olunur.
Keçidlərin divarlarındakı üzlüklər dəyişdirildikdən sonra birinci vestibül istiqamətindəki keçidlər təmir olunacaq:
“Sərnişinlər təmir zamanı keçidlərdən istifadə edərək stansiyaya daxil ola bilərlər”, – deyə N.Paşayev vurğulayıb.
N.Paşayev bildirib ki, yeni layihədə təmir olunan keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması da nəzərdə tutulub.