“Bu gündən AMEA-nın Mərkəzi Elmi Kitabxanası Alimlər Evi elan olunur”.
APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Sabahın alimləri” V Respublika müsabiqəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası kitabxana olaraq fəaliyyətini davam etdirəcək:
“Alimlər Evində müxtəlif mühazirələr təşkil ediləcək”.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə “Alimlər Evi MMC” təsis olunub və Nuridə Quliyeva Alimlər Evinə rəhbər təyin edilib.