APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev “Handelsblatt” nəşrinə müsahibəsində bildirib.
“Bir daha qeyd edirəm: SSRİ optimal dövlət modeli olmayıb və biz onu bərpa etmək niyyətində olmamışıq. Mən Sovet İttifaqının nə olduğunu çox yaxşı xatırlayıram - mən 1965-ci ildə dünyaya göz açmışam və bütüm gəncliyim SSRİ dövrünə təsadüf edib”, deyə Medvedev bildirib.
Rusiyanın baş naziri qeyd edib ki, hazırda Rusiyaya qarşı olduğu kimi, o zaman da SSSRİ-yə qarşı iqtisadi sanksiyalar tətbiq edilib, lakin bu tədbirlər Moskvanın mövqeyini dəyişməsinə gətirib çıxarmayıb.