Gənclər və idman naziri Azad Rəhimov bu gün Qubada vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla bağlı olub.
Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.