Bu gün Bakının ən böyük konsert kompleksi olan “Cristall Hall”da möhtəşəm bal keçiriləcək.
Lent.az-ın məlumatına görə, bal gənclər üçün təşkil olunur. Məqsəd isə gənclərin asudə vaxtlarının səmərəli keçirməsidir.
Tədbir saat 19.00-da başlayacaq. Tədbirdə iştirak etmək istəyənlər ziyafət geyimində olmalıdır və mərasimə cütlüklər halında gəlməlidir. Oğlanlardan bala gələrkən kəpənək-qalstuk taxmaları tələb olunur.
Balda klassik, latın, etno musiqilər səsləndiriləcək. Müxtəlif işıq effektləri və müasir akustikanın müşayiəti ilə hər kəsin rəqs etməsi də tələb olunur...