“Biz də onları - “Müsavat”la AXCP-ni dağıdıcı, vətəndaş qarşıdurmasına aparan, millətin müstəqilliyinə ziyan vuran müxalifət hesab edirik”.
Bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Müsavat”la AXCP-nin parlamentdəki müxalifət partiyalarını psevdomüxalifət adlandırmalarına münasibətini bildirərkən dilə gətirib. Komitə sədrinin sözlərinə görə, “Müsavat”la AXCP heç zaman ölkədəki müxtəlif məsələlərlə, problemlərlə bağlı normal müxalif fikir səsləndirmək istəmirlər.
“Hesab edirəm ki, həm Qüdrət Həsənquliyevin, həm Fazil Qəzənfəroğlunun parlamentdə çox kəskin çıxışları olur. Fərəc Quliyev də orada oturub. O, 12 il həbsdə yatan adamdır.
Necə ola bilər ki, bunlar onu müxalifət hesab etməsinlər? O, həbsdə yatanda bunlar harda idilər? Mən Milli Məclisdə olan müxalifət nümayəndələrini müxalifət hesab edirəm”-deyə, H.Rəcəbli mətbuata açıqlamasında sözlərinə əlavə edib.
K.Həmidov