https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
search
19 Mart 2024
18 Mart 2024

Cennifer Lopez: “Bakı, mənimlə oynayın…” (FOTOLAR)

Cennifer Lopez: “Bakı, mənimlə oynayın…” (FOTOLAR)

Dünyaca məşhur müğənni Bakıda ilk dəfə solo-konsert verib

Sentyabrın 23-də dünyaca məşhur Cennifer Lopez nəhayət ki, Bakıda, “Crystal Hall” səhnəsində ilk solo-konserti ilə çıxış edib. APA-nın məlumatına görə, konsert öncədən də məlum olduğu kimi müğənni-bəstəkar Emin Ağalarovun çıxışı ilə başlayıb. Müğənni ifasında hər iki albomundakı musiqilərə yer verib, yaddaqalan şou nümayiş etdirib. Emin, bu dəfə də mahnıları öz musiqi qrupu, rəqqasları və bek-vokalçıları ilə ifa edib. Müğənni Cennifer Lopezin Bakıda konsert verməsindən sevincini dilə gətirib. O dəfələrlə “Bakı, səni sevirəm” cümləsini təkrar edib və tamaşaçıları vəcdə gətirib. Emin konsertdəki ifasını Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin “Sinyaya vecnost” mahnısı ilə yekunlaşdırıb.

Eminin çıxışından sonra səhnənin yenilənməsi prosesinə başlanılıb. Cennifer Lopezə məxsus üzəri Swarovski qaşlarla bəzədilmiş pərdədən istifadə olunmuş, müxtəlif avadanlıqların olduğu səhnənin qurulması 20 dəqiqəyə yaxın zaman aparıb. Səhnəyə çıxması ilə zala toplaşan minlərlə tamaşaçını ələ alan Cennifer Lopez, möhtəşəm şou nümayiş etdirib. İstər geyimləri, istər plastika və rəqsləri, professional ifası, səhnəsi ilə tamaşaçıların diqqətini çəkən müğənni azərbaycanlı tamaşaçıları öz dilində salamlayıb. “Salam, Bakı!” deyərək Azərbaycandakı pərəstişkarlarının sürəkli alqışlarını qazanan müğənni, daha sonra tamaşaçıları rəqsə dəvət edib və bu dəvəti də Azərbaycan dilində səsləndirib: “Mənimlə oynayın”.

Cennifer Lopez Azərbaycanın gözəl insanlarının olduğunu da vurğulayaraq, hər kəsə təşəkkür edib. Müğənninin ifası xüsusi işıq effektləri, rəqslər, atəşfəşanlıqla müşayiət olunub. Cennifer Azərbaycan səhnəsində yenilik edərək, boks rinqi qurub və müğənni bu rinqin içində mahnılar ifa edib. “Crystal Hall”ın səhnəsində quraşdırılan xüsusi ekranlarda müğənninin bir neçə klipi də nümayiş etdirilib. Cennifer Lopezi canlı izləmək üçün həmin məkana toplaşmış minlərlə tamaşaçı, müğənninin adını qışqıraraq, onunla birgə mahnılarını oxuyub və rəqs ediblər. Müğənni “Bakı, mən sizi görürəm” deyib, hətta mühafizəçilərə ona toxunmaq istəyən pərəstişkarlarına imkan yaratmalarını xahiş edərək, tamaşaçılara əl uzadıb. Cennifer Lopez Bakı səhnəsinə 5 geyimdə çıxıb. Bu geyimlər arasında idman üslublu geyimlərlə yanaşı, açıq-saçıq geyimlər də olub. Təxminən 50 dəqiqə müddətində Bakı səhnəsində çıxış edən Cennifer, tamaşaçılarla vidalaşdıqdan sonra onların təkidi və alqışları ilə yenidən səhnəyə qayıdaraq daha bir mahnı ifa edib.

Qeyd edək ki, Cenniger Lopezin Bakı konsertini “Omnikomo Music Group” təşkil edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.