Ağır cinayət hadisəsi Bakının Yasamal rayonunda törədilib.
Polis baş serjantı ağır cinayət törədib. Bakının Yasamal rayonunda polis əməkdaşı ağır cinayət törədib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, 38 yaşlı polis baş serjantı Şirvan Qurbanov Dillər Universitetinin 2 saylı yataqxanasında 50 yaşlı İbad Cəfərovu baltalayıb.
Qolundan xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.