|
|
|
|
Köçlər tarixi dəyişdirir... Söhbət təkcə Xalqların Böyük Köçündən getmir. Bunu yazanda məqsədli köçürülmələri nəzərdə tuturam. Bəzi xalqlar böyük köçlərdən xeyirli nəsibini alıbsa da, mənim millətimin, Vətənimin bu köç(ürülmələr)lər zamanı əvvəlcə ürəyi yansa da, sonra başı ağrıyıb, özü də əməlli-başlı. Bu gün tarixi Azərbaycan torpaqlarında baş qaldıran “Ermənistan dövləti” elə bu köçürülmələrin nəticəsi olaraq ortaya çıxıb. Bu gün özlərinə əl qatıb Qarabağı da tarixi torpaqları olduğunu dünyaya car çəkən ermənilər beləcə dingildəməklərini də mənhus Gülüstan və Türkmənçay müqavilələrinə borcludurlar. İki nəhəng imperiyanın-Rusiya və İranın ortaq boşqabına qoyulan ləzzətli tikə kimi bölüşdürülən Vətənim və onun övladlarının genişürəkliliyi o həddə çatdı ki, yurdsuz, soysuz, “özümə yer edim sonra hayımı eşidərsiniz” devizi ilə hərəkət edən hayların harayına yetişərək Vətəninə çevrildi. Bu müqavilələrdən sonra İrandan, Türkiyədən və Rusiyadan Azərbaycana, əsasən Dağlıq Qarabağa köçürülən ermənilər əvvəlcə oradakı demoqrafik, sonra isə siyasi vəziyyəti ustalıqla dəyişməyi bacardılar. Bugünkü Ermənistan məhz bu köçürülmələrin və başısoyuqluğumuzun bəhrəsidir. Bu gün də Dağlıq Qarabağ münaqişəsi də total ölkələrin marağının, xeyrinin qarantıdır.
Suriya bu gün qana çalxalanır. Necə çalxalanırsa, ərəblər Türkiyəyə üz tutur, ermənilər də isti su boşaldılanda siçovullar yuvasından qaçan kimi tarixi Azərbaycan torpaqlarına qaçışırlar. Guya Ermənistan öz əhalisinə umac ovmuşdu, indi də Suriya ermənilərinə əriştə kəsmək fikrinə düşüb. Bu əriştəplov əlbəttə ki, bizə qətiyyən maraqlı deyil. Maraqlı və ağrılı olan budur ki, artıq yüzlərlə suriya ermənisi tarixi torpaqlarımıza – Dağlıq Qarabağa, işğal edilmiş yurdlarımıza köçürülür, Ermənistan onlara burada guya “şərait yaradır”. Hansı ki, son illər ərzində Ermənistandan heç olmasa, salamat baş götürüb qaçmağı da qənimət bilən minlərlə erməni ailəsi var, onların bəziləri hətta orada yaşamaqdansa, onlara düşmən kimi təqdim olunan Azərbaycana belə pənah gətirməyə hazırdırlar və gətirirlər də. Əlahəzrət faktlar ortadadır.
Mənim xalqım da, dövlətim də həmişə məzluma, kimsəsizə qucaq açmağa hazırdır, bu, bizim qanımızdadır. Amma artıq əvvəlki köçürülmələrdən “payımızı aldığımızdan”, Suriya ermənilərinin köçürülməsi situasiyasında artıq bu genişürəklilik işə yaramır. Bu köçürülmələr yəqin ki, gələcəkdə millətimi gözləyən yeni-yeni bəlaların üverturasıdır, təqdim olunacaq “operanın” isə milli ruhumuza uyğun olmayacağı şəksizdir...
Bu gün boşalan Ermənistanın rəhbərliyi bəŞƏR rejimindən qaçan suriyalı erməniləri Dağlıq Qarabağ ərazisinə köçürür – bizim ərazilərimizə. Daha bir köçürülmə dalğası... deyəsən, tarix təkrar olunur. Təkrar biliyin anasıdır deyirlər, deyəsən, ermənilər yenə biliklərini artırırlar. Bizi isə yəqin ki, yaxın gələcəkdə yenə bu köçürülmə dalğası “vuracaq”. Bəlkə də cəmi bir neçə ildən sonra Qarabağ erməniləri ilə Suriya erməniləri arasında kimin bu torpaqlara daha əvvəl gəlməsi barəsində mühabisə və münaqişələri də yaranacaq.(?!) Amma fikirləşəndə belə ürpənirəm ki, bu torpağın aborigenləri – bizim övladlarımız elə onda da bu gəlmələrə sadəcə, müşahidəçi nəzərlərilə baxacaq? İnanmaq istəmirəm ki, köçlər tarixi dəyişdirir...