Martın 14-dən 24-dək Türkiyənin Ankara şəhərində “Şərq mənzərələri” Beynəlxalq kinofestivalı keçiriləcək. “Anadolu” informasiya agentliyinin yaydığı xəbərə görə Azərbaycanın da təmsil olunacağı bu möhtəşəm kinofestivalda Türkiyə, İran, İraq, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qırğızıstan və Tunis istehsalı olan ekran əsərləri nümayiş etdiriləcək.
Kinofestivalın əsas müsabiqəsinə ilkin seçimlərdən sonra müəyyən ediləcək on ən güclü film buraxılacaq.
İştirakçı ölkələrin festivalda hansı filmlərlə təmsil olunacaqları hələlik müəyyənləşdirilməyib.
GÜNEL