Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq yazıçısı Əkrəm Əylislinin qalmaqala səbəb olan “Daş yuxular” romanının müzakirəsi keçiriləcək. Müzakirə qapalı halda Katiblikdə olacaq.
AYB-nin sözçüsü Ədalət Əsgəroğlunun sözlərinə görə, Əkrəm Əylisli hələ də qurumun üzvüdür. Çünki AYB-yə qəbul olmaq, eləcə də onun sıralarından çıxmaq üçün mütləq yazılı ərizə ilə müraciət edilməlidir.
“Əkrəm Əylisli bunu etmədiyinə görə, hələ də də AYB-inn üzvü sayılır”. Ədalət Əsgəroğlu onu da əlavə edib ki, əgər Əkrəm Əylisli AYB üzvü olmasaydı da, ədəbi-ictimai marağı nəzərə alaraq təşkilat sözügedən roman mütləq müzakirəyə çıxarılacaqdı.