Azərbaycanın Pakistandakı səfirliyində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə əlavə vəsait ayrılıb.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu məqsədlə, Azərbaycanın 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Xarici İşlər Nazirliyinə 257 076 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.