|
|
|
|
Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişikliklər edilib.
APA-nın məlumatına görə, dəyişikliklər nəticəsində Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsində yeni sektor yaradılıb, İctimai-siyasi məsələlər şöbəsində isə bir sektorun adı dəyişdirilib.
Dövlət başçısının imzaladığı sərəncamla Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin nəzdində Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektoru (ştat vahidi 3 nəfər) yaradılıb. Başqa bir sərəncamla isə İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun adı dəyişdirilib. Həmin sektor bundan sonra Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə iş sektoru adlanacaq.