Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsindəki körpüdə bu gün saat 20.45 radələrində ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, «SHACMAN» tipli yük maşını ilə «Mersedes» tipli minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar, Cəbrayıl rayon sakini 1972-ci il təvəllüdlü Abbasov Elşən Fərhad oğlu, İmişli şəhər sakini 1973-cü il təvəllüdlü İbişov Səyyar Cəlal oğlu və 1962-ci il təvəllüdlü Ağayev Kazım Əli oğlu ağır vəziyyətdə, kəllə-beyin və multitravmalarla Şirvan şəhər xəstəxanasında çatdırılıblar. Hadisə nəticəsində qum ilə dolu «SHACMAN» maşını körpüdən, 7-8 metr hündürlükdən aşıb.
****
Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində körpüdə ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, «SHACMAN» tipli yük maşını ilə «Mersedes» tipli minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasında çatdırılıblar. Hadisə nəticəsində qum ilə dolu «SHACMAN» maşını körpüdən, 7-8 metr hündürlükdən aşıb.