REAL (Respublikaçı Alternativ Hərəkatı) hərəkatı İlqar Məmmədovun prezidentliyə namizədliyini rəsmən irəli sürüb.
Modern.az-ın məlumatına görə, bu barədə İlqar Məmmədovun həbsi ilə bağlı keçirilən mətbuat konfransında bildirilib.
Qeyd edək ki, İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı dünən Nəsimi rayon Məhkəməsinin qərarı ilə iki ay azadlıqdan məhrum edilib.