https://525.az/img/pics/medium/2024-03/308156_e5ws8ge6gq.jpg Qohum evliliklər
https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
28 Mart 2024
27 Mart 2024

Azərbaycanın futbol klublarına ciddi xəbərdarlıq

Azərbaycanın futbol klublarına ciddi xəbərdarlıq
Danışılmış oyunlarda iştirak edən futbol komandası Avropa Klublar Birliyi (ECA) üzvlüyündən xaric ediləcək.

Lent.az-ın məlumatına görə, bu barədə ECA-nın Qətərdə keçirilən toplantısında qərar qəbul edilib.
 
Birlik dopinq qəbul edən və irqçiliklə məşğul olan klublara da eyni cəzanı tətbiq edəcək. ECA-nın baş katibi Miçel Sentenaro deyib: “Məsul bir qurum olduğumuzu göstərmək üçün daha sərt qaydalar qəbul etməyin bizim üzərimizə düşdüyünü hiss etdik”.
 
Lakin qərar ötən il danışılmış oyunlarla bağlı məhkəməyə çəkilən Türkiyənin “Fənərbağça” klubuna şamil olunmayacaq. Sentenaro bunu “Fənər”ə Türkiyə Futbol Federasiyası tərəfindən bəraət verilməsi ilə izah edib.
 
Qeyd edək ki, ECA-nın 53 ölkədən 207 üzvü var. Onların arasında Azərbaycanın “Bakı”, Neftçi” və AZAL komandaları yer alıb. Hazırda toplantıda “Bakı”nın baş meneceri Zeynal Məmmədovla Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev iştirak edir.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.