Serbiya prezidenti Tomislav Nikoliç fevralın 7-də Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya dövlət başçısını və xanımı Dragitsa Nikoliçi Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Tomislav Nikoliç və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.