|
|
|
|
Bakıda “Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
BMT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, konfrans BMT Narkotik və Cinayətlərə qarşı Mübarizə Departamenti və İƏT Elm və Təhsil Təşkilatı (İSESCO) tərəfindən təşkil olunacaq.
Prezident İlham Əliyevin sədrliyi ilə keçiriləcək tədbir 18-19 mart tarixlərində baş tutacaq.