Fevralın 7-də Yevlax rayonu ərazisində törədilmiş qətlin bəzi məqamları məlum olub.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Fərid" inşaat tikinti şirkəti tərəfindən tikintisi aparılan xəstəxananın yardımçı otağında, şirkətin kadrlar şöbəsinin rəisi Bakı şəhər sakini Müzəffər Rüstəmzadənin küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır.