CBS TV kanalı bazar günü keçiriləcək "Grammy" mükafatlarının təqdim olunma mərasimində iştirak edəcək sənətçilərdən geyimlərinə fikir vermələrini istəyib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kanal canlı yayımlanacaq mərasimdə xüsusilə qadın sənətçilərdən bədənlərinin müəyyən hissələrini lazım gələcək qədər örtmələrini istəyib.
CBS səhnəyə çıxacaq sənətçilərə göndərdiyi qeyddə açıq-saçıq paltarların problem yaratdığını bildirib və sənətçilərin geyim məsələsində həssas olmalarını tələb edib.
55-ci "Grammy" mükafatlarının təqdimolunma mərasimi bazar axşamı Los Ancelesdəki Staples Mərkəzində olacaq.
Stinq, Rihanna, Bruno MArs və Keli Klerksonun səhnə alacağı gecənin aparıcıları isə Beyons, Prins, Cenifer Lopes və Hanter Heyz olacaq.